Banner

Azərbaycanda bu ordenlə təltif olunanların sayı 28 nəfərə çatdı - SİYAHI

Gündəm 18 Fevral 2026 19:57
Azərbaycanda bu ordenlə təltif olunanların sayı 28 nəfərə çatdı - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev fevralın 18-də Xalq şairi Nəriman Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.  

Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bununla da həmin ordenlə təltif olunların sayı 28 nəfərə çatıb. 

Onların siyahısını təqdim edirik:

1. İlham Əliyev, Azərbaycan Prezidenti - 28.04.2005  

2. İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi - 29.04.2005  

3. Jak Şirak, Fransanın sabiq Prezidenti - 29.01.2007  

4. Mstislav Leopodoviç Rostropoviç, məşhur violençel ifaçısı və dirijor - 27.03.2007  

5. Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti - 21.05.2008

6. Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı - 27.11.2008

7. Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri - 14.06.2009

8. Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti - 02.07.2009

9. Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti - 10.08.2009

10. Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti - 18.04.2011

11. Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti - 14.11.2011

12. Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti - 11.07.2012

13. Arif Məlikov, SSRİ xalq artisti - 13.09.2013

14. Abdullah Gül, Türkiyənin 11-ci prezidenti - 11.11.2013

15. Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti - 17.11.2013

16. Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti - 02.09.2014

17. Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti - 29.06.2015

18. Aleksandr Lukaşenko, Belarus Prezidenti - 28.11.2016

19. Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti - 26.12.2016

20. Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti - 03.04.2017

21. Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı - 03.04.2017

22. Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti - 18.07.2018

23. Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri - 26.08.2019

24. Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri - 23.10.2019

25. Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti - 13.01.2020

26. Polad Bülbüloğlu, bəstəkar, Milli Məclisin deputatı - 03.02.2020

27.Artur Rasizadə, Azərbaycanın keçmiş Baş naziri - 20.02.2025

28. Nəriman Həsənzadə, Xalq şairi - 18.02.2026

Qeyd edək ki, “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, 0,83 karatlıq 8 brilyant daşdan, 5,3 karatlıq 224 brilyant daşdan, 1,37 karatlıq 95 brilyant daşdan, 0,23 karatlıq 116 brilyant daşdan, 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

Oxunub 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh