Azərbaycanda bu qışın hava proqnozu AÇIQLANDI

Fəsillik proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yüksək texnologiyalarla təchiz olunmuş 5 regional iqlim mərkəzində hazırlanır və təşkilatın bütün üzv ölkələri üçün yayımlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mövsümü proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasından seçilmiş daha realistik modellərin əsasında tərtib edilir. Yuxarıda qeyd olunan modellərin nəticələrinə əsasən, çoxillik statistik meteoroloji məlumatların təhlilinə görə, Cənubi Qafqaz regionunda, eyni zamanda Azərbaycanda bu qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturların iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər yüksək olacağı qənaətinə gəlinib. Qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə normadan aşağı enəcəyi ehtimal olunur. Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyələrinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez- tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.
Dekabr ayının hava şəraitinin adətən nisbətən mülayim keçməsi ilə xarakterizə olunmasına baxmayaraq, bəzi günlərdə ölkə ərazisi soyuq hava kütlələrinin təsirinə məruz qalacaq. Buna görə də dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır”.
Fidan
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










