Azərbaycanda bu rayonların icra başçısı yoxdur - SİYAHI

Hazırda Azərbaycanda yeddi rayonun icra başçısı vəzifəsi boşdur.
Sonuncu dəfə avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.
İcra başçısı olmayan rayonlardan biri Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Həmçinin, 2020-ci il dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, mayın 22-də Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, 2021-ci il aprelin 27-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.
Bundan başqa cari ilin aprelin 29-da Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunub. Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur.
Qeyd edək ki, işdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar.
Mənbə: Modern.az
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












