Azərbaycanda bu şəxslərin hərbi xidmət qaydası dəyişəcək - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 600+ bal toplayan şəxslər “intellektual bölmələrdə” xidmət edəcək. Ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər.
Bəs,bu necə həyata keçiriləcək?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin Mətbuat Xidmətindən suallarımıza cavab olaraq bildirilib ki,bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
“Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kibertəhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb. Bu məqsədlə, təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












