Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov insident törədib. Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar göstərir ki, hər il Azərbaycanda "İdrak” Liseyindəki kimi yeniyetmələrin iştirakı ilə müxtəlif cinayətlər törədilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az yeniyetmələrin törətdiyi cinayətlərin statistikasını araşdırmağa çalışıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hər il 400-dən çox 14-17 yaşda olan uşaq cinayət törədir. Məsələn, 2024-cü ildə 472 nəfər yeniyetmə müxtəlif cinayətlər törədib. Həmin hadisələrdən 85-i ağır və xüsusilə ağır cinayətlər olub.
Rəsmi məlumata görə, 14-17 yaşda olan uşaqların törətdikləri cinayətlərə aşağıdakılar daxildir:
- qəsdən adam öldürmə və adam öldürməyə cəhd;
- qəsdən sağlamlığa ağır zərər vurma;
- zorlama və zorlamaya cəhd;
- oğurluq;
- dələduzluq;
- soyğunçuluq;
- quldurluq;
- xuliqanlıq;
- narkotik vasitələrlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər;
- yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma.
Statistika göstərir ki, yeniyetmələrin törətdikləri ən çox cinayət oğurluqdur. 2024-cü ildə 161 uşaq oğurluq üstündə tutulub. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti gəlir. 2024-cü ildə 14-17 yaşda olan 47 uşaq bu cinayəti işlədib. Elə həmin ildə 15 yeniyetmə qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə saxlanılıb.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












