Azərbaycanda COVİD-in hansı ştammı yayılıb? - AÇIQLAMA

Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştamm "Omikron"un müxtəlif altnövləridir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir.
Avtosfer.az xəbər verir ki, Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a bildirib.
Onun sözlərinə görə, hansısa bir alt növün yayılma səviyyəsinin sekvenləşmə vasitəsi ilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əksepidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir:
"Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












