Azərbaycanda “D” kateqoriyalı vəsiqəyə sahib sürücü qıtlığı var

Azərbaycanda “D” kateqoriyalı vəsiqəyə sahib sürücü qıtlığı var. Xüsusilə sərnişindaşıma üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan avtomobilləri idarə etməyə icazə verən bu katoqoriya üzrə sürücü azlığı yaşanır.
Avtosfer.az xəbər verir ki, ekspert Yasin Mustafayev deyir ki, bu hal son 24 ayda daha çox müşahidə edilir. Əsas səbəb isə bu kateqoriya üzrə tələb olunan biliklərin çətin olması və avtobus sürücülərinin xaricə kütləvi axın etməsidir.
Yasin Mustafayev hesab edir ki, ictimai nəqliyyat sahəsində aparılan islahatlar əhatəli olmalıdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, “D” kateqoriyalı sürücülərin sayının artırılması üçün avtobus parkı genişləndirilir. Eyni zamanda bu kateqoriyada çalışan sürücülərə müəyyən güzəştlər tətbiq olunacaq.
Qurum rəsmisi onu da əlavə etdi ki, sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilərlər.
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO










