Azərbaycanda elektrik avtomobillərin təşviqi mövzusunda görüş keçirilib

"Azərbaycanda elektrik avtomobillərin sayının artırılmasına necə nail olmaq mümkündür?" mövzusu ətrafında mediada başlanan müzakirələr Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etdirilib.
Avtosfer.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin azaldılmasını və Azərbaycanda ekoloji cəhətdən təmiz elektrik avtomobillərin istifadəsinin təşviqini hədəfləyən görüşdə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, QHT və ictimaiyyət nümayəndələri ölkədə elektrik avtomobillərin sayının artırılmasına yönələn fəaliyyətləri müzakirə edib.
İştirakçılara Azərbaycanda və dünyada bu sahədə mövcud olan tendensiyalar barədə müqayisəli məlumatlardan ibarət təqdimat və videoçarx nümayiş etdirilib.
Müzakirələrin yekunu olaraq səsləndirilən təkliflərin təhlil edilərək Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY











