Azərbaycanda evləri yandıran qara maskalı tutuldu: Görün kim imiş... - FOTO

Bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Ağsu rayon Keçdiməz kəndində yaşayan yaxın qohumlar onlara məxsus evlərin, ot tayalarının və sahələrin maskalı şəxs tərəfindən yandırıldığını, eləcə də onlardan birinə fiziki təzyiqin göstərildiyi barədə xəbərlər yayılırdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunmuş və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib. Saxlanılan Ü.Əzimzadə izahatında ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyinə görə onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.
Ü.Əzimzadənin əmisi oğlu Kamran Əzimzadə guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı isə onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, özü qəsdən bıçaqla geyimini yararsız hala saldığı məlum olub. Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.
Hazırda faktla bağlı Ağsu rayon Polis Şöbəsində saxlanılan şəxslər ətrafında araşdırmalar davam etdirilir.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH














