Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA

Son günlər qonşu ölkələrdə zəlzələ hadisələrinin sayı artıb. Azərbaycanda da kiçik zəlzələlərin baş verməsi vətəndaşlarda daha güclü sarsıntıların ola biləcəyi barədə suallar doğurur. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Mətrbuat.az-a açıqlama verib.
Fikrət Cəfərov bildirib ki, son zamanlar dünyada, o cümlədən qonşu ölkələrdə zəlzələlərin sayında artım müşahidə olunur. Üstəlik, vulkanların aktivləşməsi və güclü günəş partlayışları kimi təbii proseslər də seysmik fəaliyyətlərin artmasına təsir göstərə bilər:
"Alimlərin fikrincə, bu proseslər bir-biri ilə bağlıdır və zəlzələlərin davam edəcəyindən xəbər verir. Azərbaycanda isə seysmik fəallıq 8-9 ballıq zonaya daxildir ki, bu da güclü zəlzələ ehtimalının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl ölkəmizdə kiçik zəlzələlər də qeydə alınıb. Bu kiçik sarsıntılar isə gərginliyin müəyyən dərəcədə azaldığını göstərir və yaxın gələcəkdə güclü zəlzələlərin olmayacağına ümid yaradır".
Ekoloqun sözlərinə görə, ölkədə ümumilikdə, zəlzələ riski mövcuddur, lakin hazırda ciddi təhlükə gözlənilmir. Mütəxəssislər və aidiyyəti qurumlar səylə bu prosesləri izləyir və vətəndaşları mütəmadi olaraq məlumatlandırırlar.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










