Azərbaycanda həbsdə olan 4 erməni niyə Ermənistana təhvil verilib? – Politoloq AÇIQLADI

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesablarında 4 erməninin Azərbaycan tərəfindən ölkəsinə təhvil verməsi ilə bağlı paylaşım edib. O qeyd edib ki, Azərbaycan tərəfindən saxlanılan Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Həkəri körpüsündə Azərbaycanın müvafiq qurumları tərəfindən Ermənistana qaytarılıb, daha sonra onlar sağlamlıq yoxlanışından keçirilərək İrəvana göndərilib.
Paşinyanın yaydığı məlumat Azərbaycanda birmənalı qarşılanmayıb və bu şəxslərin müharibə cinayətləri törətməsi səbəbilə uzunmüddətli həbsi tələb olunub.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatla bağlı politoloq Asif Nərimanlı özünün “Facebook” hesabında mövzuya aydınlıq gətirib. O qeyd edib ki, Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçaturyanın qaytarılması müzakirələrə səbəb oldu. Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır.

“Xaçaturyanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski…
70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu, ya da lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd, Xaçaturyanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq “məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin “rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçaturyanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb.
4 erməninin indi təhvil verilməsi isə iki kontekstdə dəyərləndirilə bilər:
Birincisi, Ermənistan daxilində Paşinyanın mövqelərini gücləndirməkdir. 4 ermənini İrəvana qaytarması Paşinyana revanşizmi dəstəkləyən kilsəyə qarşı mübarizədə üstünlük qazandırır və cəmiyyətə sülhün nəticələrini təqdim etmək imkanı yaradır.
İkincisi, Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməkdir. Ermənilərin ABŞ və Ermənistan arasında TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası ilə bağlı birgə bəyanatın qəbul edilməsi fonunda qaytarılması diqqət çəkir.
4 erməninin İrəvana təhvil verilməsinin başqa məntiqi görünmür. Bütün təzyiqlərə rəğmən ərazi bütövlüyü və suverenliyini bərpa edən, cinayətkarları Bakıda məhkəmə qarşısına çıxaran Azərbaycan dövlətinin Xaçaturyanı “geri çəkildiyi” üçün təhvil vermədiyi bəllidir”.
Səfər
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT
Təhlükəsizlik kəməri problemi; bu marka avtomobillər geri çağırılır
Mərkəzdə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI










