Azərbaycanda icra hakimiyyətləri ləğv olunur? - AÇIQLAMA

“İcra hakimiyyətlərində aparılan ixtisarları strukturun tam ləğvi istiqamətində atılan addım kimi qiymətləndirmirəm. Daha çox görünən budur ki, məqsəd idarəetməni sadələşdirmək, mexanizmləri daha çevik etmək və büdcə xərclərini azaltmaqdır. Son illər bir sıra dövlət qurumlarında oxşar optimallaşdırma prosesləri gedir və bu da ümumi idarəçilik yanaşmasının tərkib hissəsidir. Ancaq bu addımların real nəticə verib-verməyəcəyi hələ sual altındadır. Strukturun “kağız üzərində” yüngülləşdirilməsi avtomatik olaraq xidmətin keyfiyyətinin artacağı demək deyil. Əsas məsələ idarəetmə mədəniyyətinin dəyişməsi, səlahiyyət bölgüsünün dəqiqləşməsi və məsuliyyət mexanizmlərinin işlək olmasıdır”. Avtosfer.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputatın sözlərinə görə, hazırkı sosial-iqtisadi şəraitdə kütləvi ixtisarların aparılması ciddi risk yaradır:
“Bu qərarlar xeyli insanın işsiz qalmasına səbəb ola bilər. Bildiyim qədəri ilə, ixtisar olunan şəxslər üçün alternativ iş imkanları və ya yenidən yerləşdirmə mexanizmləri sistemli şəkildə təklif olunmur. Bu isə sosial gərginlik yarada biləcək məqamdır. Buna görə də optimallaşdırma yalnız xərci azaltmaq məntiqi ilə yox, insan faktorunu nəzərə alan, nəticəsi ölçülə bilən və sosial təsirləri əvvəlcədən hesablanmış bir islahat paketi kimi aparılmalıdır. Əks halda, struktur dəyişir, problem isə yerində qalır”.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












