Azərbaycanda internet niyə çökdü?

Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a nazirlikdən məlumat verilib. Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.
Yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur. Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub. Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən ("20 yanvar" metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib. Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.
"Azərbaycan ərazisində internet təchizatında yaranan problem DATA Mərkəzində baş verən yanğınla əlaqədardır". Bunu APA-ya “Delta Telecom” MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib. “Ciddi problem yoxdur. Sadəcə olaraq DATA Mərkəzində kabellərdə tüstülənmə baş verib. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Ehtiyat avadanlıqlar işə salınacaq. Kiçik bir hissədə ana kabellər yanıb. Ana kabel yandığına görə, internet təchizatında problem yaranıb. Hazırda ana kabel bərpa olunub”, - deyə A. Gülməmmədov bildirib. “Hadisəyə kiberhücum səbəb olmayıb”, - deyə A. Gülməmmədov bildirib.
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










