Reklam

Azərbaycanda “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” dəyişib

Gündəm 24 Sentyabr 2024 20:51 Oxunub 394
Azərbaycanda “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” dəyişib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, “İxracı və idxalı Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı” yenilənib:

1. Döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, material və texnologiyalar (Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə).

2. Barıt, partlayıcı maddələr və qurğular, partlayış vasitələri, tezalışan maddələr və pirotexniki məmulatlar.

3. Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları.

4. Qanunla ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq.

5. Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar.

6. Emal edilməmiş almaz (ixracına münasibətdə).

7. İonlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr (radioaktiv tullantılar da daxil olmaqla), belə mənbələrin və maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar.

 

Bu Siyahı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (yalnız ov üçün nəzərdə tutulan barıt, döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı ölkə Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın ölkəyə gətirilməsi və ölkədən aparılması Qaydaları”na uyğun olaraq tənzimlənir.

Bu Siyahıda və bu Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını ölkə Prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti müəyyən edir.

Bundan başqa, fərmana əsasən, bundan sonra ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin ixracı ilə bağlı Səhiyyə Nazirliyinin rəyi tələb olunmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh