Azərbaycanda qarın yaratdığı fəsadlar - Fotolar

Quba-Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlərə də sürpriz yaşadıb. Yolun Qırız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb - avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar. Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar. Həm xarici, həm də yerli turistlər çətinliklə qarşılaşıblar. "Biz Qubanın Xınalıq kəndindən qayıdırıq. Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yol sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər",- deyə xarici turistlər bildiriblər.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Qarlı havaların isə qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar















