Azərbaycanda qazın və işığın qiyməti qalxacaq? - MÜHÜM AÇIQLAMA

Son vaxtlar insanlar arasında sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri sonrası kommunal xidmətlərin tarif qiymətlərinin qalxacağı ilə bağlı fikirlər dolaşır. Cəmiyyətdə başlıca narahatlığa səbəb olan qaz və işıq qiymətləri ilə bağlıdır. Bir çox insan ilin sonuna doğru bu iki kommunal xidmətlə bağlı tariflərin ciddi dərəcədə bahalaşacağını düşünür.
Görəsən, narahatlığa həqiqətən də əsas varmı?
Parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı qiymət artımı ola bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli ölkəmizdə sözügedən xidmətlərlə bağlı tariflərin dövlət tərəfindən tənzimləndiyini deyib:
“Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur”.
Ekspertin fikrincə, dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər:
“Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bunun nə vaxt olacağını söyləmək çətindir, amma Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir. Amma dediyim kimi, bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. İqtisadi əsaslandırma ilə izah ediləsi məsələ deyil”.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












