Azərbaycanda satılan dərmanlar niyə çox bahadır? - VİDEO

Uzun müddətdir ki, müzakirə olunan dərman qiymətləri ilə bağlı məsələ hələ də öz həllini tapmayıb. Apteklərdə satılan bir çox dərmanlar qonşu ölkələrdə - Gürcüstan, İran və Türkiyədə olduqca ucuzdur.
Məsələn, "Yanumet" şəkər dərmanı Azərbaycanda 65-70 manat, Türkiyədə isə 14 manatdır, oynaq ağrılarının müalicəsi üçün istifadə olunan "Prostrolane" iynəsi Azərbaycanda 260-300 manat, Türkiyədə 105 manatdır. "Ozurdex" göz iynəsi Azərbaycanda 1800 manata, Türkiyədə isə 800 manata satılır. Bu siyahını daha da uzatmaq olar.
İqtisadçı Fuad İbrahimov deyir ki, dərmanların qiymətləri arasındakı bu qədər kəskin fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.
Ekspert hesab edir ki, aidiyyəti qurumlar qiymət fərqindən irəli gələn problemləri həll etməlidir. Dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət edilməlidir.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirildi ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a uyğun olaraq aparılır. Türkiyə istehsalı olan dərman vasitələrinin hamısı ölkəmizdə dövlət qeydiyyatına alınmayıb. Həmçinin bu dərman vasitəsitələrinin Türkiyədəki qiymətinin manatla ifadəsində daha aşağı olmasına həmin dərman vasitəsinin yerli istehsal olması və Türkiyə lirəsinin kəskin dəyərsizləşməsi də təsir edir.
Daha ətraflı videomaterialda.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












