Azərbaycanda sürücüyə 12 bıçaq zərbəsi vurdular

Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12 bıçaq zərbəsi vurub. ANS press-in məlumatına görə, Kürdəmir rayonunda Ağcabədi sakinləri arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Hadisə Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində, minik maşınında olub. Ağcabədi rayon sakini 26 yaşlı Məmmədov Xəyal şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı sərnişini 19 yaşlı Əliyev Qulu ilə arasında şəxsi münasibətlər zəminində dava baş verib. Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla sürücü Xəyal Məmmədova bədəninin müxtəlif nahiyələrindən 12 bıçaq xəsarəti yetirib. Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun vəziyyəti hazırda ağır olaraq qalır. Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












