Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.
Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.
Qeyd edilib ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI


















