Azərbaycanda yanacaq ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycan Bolqarıstandan Aİ-92 benzini idxalına başlayıb.
İqtisadçıların fikrincə, idxala səbəb Rusiya Federasiyasından alınan Aİ-92 yanacağın azalmasıdır. Bu səbəbdən ölkəmiz alternativ ölkələrdən Aİ-92 yanacağını almalı olur.
Aİ-92 yanacağınınbaşqa bir ölkədən də idxalı yanacağın qiymətinin dəyişməsinə zəmin yarada bilər?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo”ya açıqlamasında xatırladıb ki, yanacağın qiyməti Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir:

“Ölkəmizdə yanacağın qiyməti yaxın vaxtlarda qaldırıldı və yanacağın keyfiyyətinin artırılacağı bildirildi. Lakin yanacağın keyfiyyətinin artırılması avtomobil istifadəçilərinin ürəyincə deyil. Çünki vətəndaşların gəlirləri onu düşünməyə imkan yaratmır. İstehlakçılara keyfiyyət deyil, kəmiyyət önəmli olur”.
Onun sözlərinə görə, Azərbaycan neft ölkəsi olduğu üçün yanacaq idxalından asılı olmaya bilər:
“Azərbaycan Aİ-92 yanacağı ilə yanaşı, Aİ-95 yanacağını da idxal edir. Lakin ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev adına Neft Emalı Zavodu əsaslı təmir edilir. O zavod tam gücü ilə çalışarsa, ölkəmiz Bolqarıstandan nəinki yanacaq idxal edər, əksinə, 5 Bolqarıstan boyda ölkəni yanacaqla təmin edər. Hətta Aİ-95 yanacağını daxili bazarı təmin edəcək səviyyədə istehsal edə bilər”.
Ekspert qeyd edib ki, ölkəmizdə yanacağın ucuzlaşması gözlənilə bilər:
“Ölkəmizdə yanacağın qiyməti sərbəst bazar qiyməti ilə tənzimlənmədiyi üçün Tarif Şurası tərəfindən ucuzlaşdırıla bilər. Bunun üçün isə gərək müəyyən səbəblər olsun. Əgər dünya bazarında yanacağın qiymətində ucuzlaşma olarsa, o zaman oxşar hal ölkəmizdə də baş verə bilər. Lakin ümumilikdə götürsək, yanacağın qiymətinin ucuzlaşma gözlənilmir”.

Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA