Azərbaycanda yeni hava limanı bu tarixdə açılacaq

Ələt Azad İqtisadi Zonasında yükdaşımalar üçün nəzərdə tutulmuş hava limanının rəsmi açılışı 2027-ci ilin birinci rübünə planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bunu “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zaman deyib. “”Silkway” yerüstü və hava ilə yükdaşınmaları bir araya gətirməklə, qədim İpək yolu boyunca təkcə hava marşrutlarını yox, həm də multimodal marşrutları inkişaf etdirəcək. Bunun üçün biz yeni yük hava limanı inşa edirik. “Silkway Group” layihəyə 2023-cü ilin sonunda başlayıb. İnşası gələn ilin sonuna yekunlaşacaq, rəsmi açılış mərasimi isə 2027-ci ilin birinci rübündə baş tutacaq”, -deyə şirkətin prezidenti vurğulayıb. O, aeroportun Ələt Azad İqtisadi Zonasında yerləşəcəyini qeyd edib və bildirib ki, yük aviadaşımaları və logistikanın tammiqyaslı ekosisteminin yaradılması planlaşdırılır. “Bu, “yaşıl” aeroport olacaq: onun damına günəş panelləri quraşdırılacaq, nəqliyyat üçün isə elektrik və hidroenerji ilə işləyən vasitələrdən istifadə ediləcək. Bu, gələcəyin aeroportudur – ekoloji baxımdan təmiz yük habı”, – şirkət prezidenti izah edib.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











