Azərbaycanda zəlzələ təhlükəsi varmı? - AÇIQLAMA

Türkiyədə baş verən zəlzələ bir daha göstərdi ki, seysmik baxımdan aktiv zonada yerləşən ölkələrdə təbii fəlakət riski hər zaman aktualdır. Regionumuzun geoloji quruluşu nəzərə alındıqda, Azərbaycanda da oxşar təhlükənin mövcudluğu istisna edilmir. Qafqaz dağ silsiləsinin hər iki tərəfində baş verən yeraltı təkanlar həm Türkiyə, həm də Azərbaycan üçün ortaq seysmik risklər yaradır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az"a danışan ekoloq Cavid Hüseynov Bakı şəhəri və ölkəmizin digər bölgələri tektonik baxımdan 8-9 ballıq seysmik zonada yerləşir:
"Zəlzələlərin olma ehtimalı daim mövcuddur. Lakin həm dünya praktikasında, həm də ölkəmizin seysmoloqlarının təcrübəsində zəlzələnin nə vaxt baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hazırda mövcud olan seysmoloji cihazlar yalnız zəlzələ baş verdiyi anda və ya bir neçə saniyə əvvəl onu qeydə alır. Təəssüf ki, bir neçə ay və ya hətta günlər əvvəlcədən dəqiq məlumat vermək hələlik qeyri-mümkündür. Bəzən bu barədə yanlış olaraq proqnoz verilir, lakin bunlar elmi əsası olmayan, yalan məlumatlardır. Ümumilikdə isə nəzərə almalıyıq ki, Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir. Hər an kiçik və ya yüksək maqnitudalı zəlzələlər baş verə bilər. Bundan başqa, Abşeron zonası palçıq vulkanlarının da aktiv olduğu ərazidir. Onların püskürməsini də əvvəlcədən proqnozlaşdırmaq çox çətindir".
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI











