Azərbaycandan təyyarə ilə ən çox bu ölkələrə səfər edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan hava nəqliyyatı ilə 36 ölkəyə 1 milyon 833 min 520 nəfər sərnişin daşınıb.
Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə (12,5 %) və 33 % çoxdur.
Hesabat dövründə ən çox sərnişin 500 min 478 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 71,9 % çoxdur.
Siyahıda Rusiyanı Türkiyə (484 min 050 nəfər sərnişin, +20,5 %) və Birləşmiş Ərəb Əmirlikləri (224 min 389 sərnişin, +37,6 %) izləyib.
Təkcə iyulda isə Azərbaycandan 342 min 707 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,7 % çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 20,5 % artaraq 88 min 464 nəfər olub.
Daha sonra, Gürcüstan 112 940 sərnişin (+ 42,8 %), Səudiyyə Ərəbistan 67 744 sərnişin (+21 %), Hindistan 59 030 (+ 8,5 dəfə), Qazaxıstan 49 843 sərnişin (+28,8 %), Qətər 35 046 sərnişin (+ 2,2 dəfə), İtaliya 31 956 sərnişin (+2 dəfə) və Küveyt 28 217 sərnişin (+ 33,4 %) gəlib.
İlk onluğa Hindistanla, Qətər və İtaliya daxil olaraq Özbəkistanı (28 018 sərnişin, -20,3 %), İsraili (25 902 sərnişin, + 10,1 %) və Almaniyanı (20 156 sərnişin, + 3,8 %) siyahıdan çıxarıb.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












