Azərbaycanın yol polisindən unikal təklif

Piyadalar çalışmalıdır ki, yollarda olarkən axşam saatlarında geyimlərində işıq qaytarıcılar olsun.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, sözügedən məsələ işıqlandırılmayan ərazilərdə çox vacibdir: “Piyadaların ayaqqabılarında, plaşlarında, paltolarında, bir sözlə, geyimlərində işıq qaytarıcıların olması çox yaxşı haldır.
Sadaladığım geyimlərdə işıq qaytarıcıların olması sürücülərin piyadaları qaranlıq vaxtlarda görməsinə şərait yaradır. Biz bununla bağlı dəfələrlə Gənclər və İdman Nazirliyinin əməkdaşları və QHT-lərlə birgə tədbirlər keçirmişik, işıq qaytarıcılar paylamışıq. Bir daha piyadalara müraciət edirik ki, imkan daxilində belə geyimlərdən istifadə etsinlər”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












