«Azərsu»nun maşını qəzaya düşdü, yaralı var - VİDEO

Ələt-Astara magistral yolunun 200 km-də Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İkinci dərəcəli yoldan əsas yola çıxdığı bildirilən Şilavar kənd sakini, 58 yaşlı Fətulla Abdulovun idarə etdiyi "Mercedes" markalı 90-MZ-590 nömrə nişanlı nəqliyyat vasitəsi Ələt istiqamətində hərəkətdə olan Lənkəran şəhər sakini, 49 yaşlı Arzuman Bəşirovun idarə etdiyi “Azərsu" ASC-yə məxsus, “Ford” markalı, 90-JU-681 dövlət nömrə nişanlı sisternli yük maşını ilə toqquşub. Nəticədə «Mersedes» yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Ağır xəsarət alan “Mercedes” sürücüsü dərhal Təcili Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün baş və qol nahiyəsində kəsilmiş yaralarla bərabər, rentgen müayinəsi zamanı sol oturaq sümüyünün sınığı aşkar olunub. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək. Faktla bağlı təhqiqat aparılır. (report)
Qəza ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı anspress-ə açıqlamasında bildirdi ki, faktla bağlı hadisə yerində araşdırma aparılır: "Sürücümüz yüngül xəsarətlər alıb. Hadisənin dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra tam müəyyənləşəcək. Hadisəni diqqətdə saxlayırıq".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
















