“Azərsu”yun adından pul tələb edən dələduz peyda olub - FOTO

Bakı şəhəri Sabunçu rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.
Bu barədə “Azərsu”dan məlumat verilib.
Bildirilir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və özünü Əli kimi təqdim edən şəxs debitor borca görə suyun kəsilməməsi müqabilində abonentlərdən pul tələb edib.
“Azərsu” ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyev ərazidə olarkən bir neçə abonent bildirib ki, sizdən əvvəl başqa bir əməkdaşınıza nəğd qaydada pul ödəyiblər. Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












