«Azəryolservis» ASC «Azərinşaat»la əməkdaşlıqdan imtina edib

Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Masallı-Astara yolunun A hissəsinin tikintisi ilə bağlı tapşırıq "Azərinşaat" MMC-dən alınıb. "Report"un "Azəryolservis" ASC-dən əldə etdiyi məlumata görə, "Azərinşaat"la bağlanmış müqavilənin müddəti bu ilin iyunun 30-da başa çatıb və şirkət öz öhdəliyini tam yerinə yetirməyib. "Bağlanmış müqaviləyə əsasən, "Azərinşaat" 22 km-lik yolun tikintisini həyata keçirməli idi. Həm onlar öz öhdəliklərini yerinə yetirməyiblər, həm də bağlanmış müqavilənin vaxtı bitib. İlkin podrat müqaviləsinə xitam verilib və tender vasitəsi ilə həmin hissənin tikintisi başqa şirkətə veriləcək", - deyə "Azəryolservis"dən bildirilib.
"Azəryolservis" rəsmisi tenderin keçiriləcəyi vaxtın hələ dəqiq bəlli olmadığını və magistral yolun digər hissələrinin tikintisi ilə bağlı işlərin plana uyğun getdiyini açıqlayıb.
Qeyd edək ki, yolun inşası Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












