“Azəryolservis”: Bəzi media qurumları reytinq xətrinə təşviş yaradılar

Bəzi media qurumları təəssüflər olsun ki, bilərəkdən reytinq xətrinə insanlar arasında təşvişə səbəb ola biləcək xəbərlər yayırlar. Bu gün səhər belə bir xəbər yayılıb ki, guya Beynəlxalq Avtovağzal kompleksinin qarşısında sürüşmə zonasının genişlənıb və nəticədə Bakı-Sumqayıt yolu guyaki, iki hissəyə bölünüb. Əslində bu həqiqətə uyğun olmayan məlumatlardır və insanlar sırf reytinq xətrinə verilən, təşviş yaratmaq üçün hesablanmış bu cür məlumatlara uymasınlar. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildiriblər. Məlumata görə, hazırda sözügedən yolda panikaya səbəb ola biləcək hər-hansı bir problem yoxdur. Sadəcə olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sürüşmənin Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yoluna keçməsini sığortalamaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yol kənarında olan çatlarım üzəri örtülür ki, ora su keçməsin. “Fövqaladə Hallar Nazirliyinin müvafiq rəyindən sonra isə aidiyyatı qurumlarla birgə əgər hər-hansı bir iş bizə həvalə olunarsa Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC olaraq onun icrası ilə məşqul olmağa hazırıq”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












