«Azəryolservis»də geniş toplantı - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Cəmiyyətin sədr əvəzi Saleh Məmmədov ötən illərdə olduğu kimi cari ilin 9 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib. Vurğulanıb ki, son illərdə yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Bu istiqamətdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.
Hesabat iclasında qeyd olunub ki, 2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. 2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min m2 sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min m2 sahədə çala təmiri işləri yerinə yetirilib.
İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqəıt ayrılıb. Bildirilib ki, Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəəssisələrdə hazırliq işləri başa çatmaq üzrədir.
Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarınına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Bundan başqa tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir.
Elmin
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır














