“Azəryolservis”dəki avtoş işdən çıxarıldı

“Azəryolservis”in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb. Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə Aynar Məmmədovun aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı. Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir. Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov “Azəryolservis”də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur. “Azadlıq”a daxil olan məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












