Babək prospektində maşının qabağını qaldırıb səkini zəbt edən sürücü - FOTO

Bakının ən geniş küçələrindən birində sürücü qaydaları kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, Babək prospektində 10-CY-707 qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü özünün sosial şəbəkə hesabında açıq şəkildə pozduğu qayda pozuntularının görüntülərini yerləşdirib. Konstruksiyasında etdiyi dəyişikliklərlə avtomobilinin “reklamını” edən sürücü maşınını park edərkən hər dəfə səkini məkan olaraq üstün tutması ərazi sakinlərinin narazılığına səbəb olub.
.jpg)
Vaxtaşırı qəzalarla yadda qalan prospektdə piyadalar belə hallar baş verdiyinə görə hər dəfə avtomobil yolu ilə hərəkət etməyə məcbur qalırlar.
Qeyd edək ki, İnzibnati Xətalar Məcəlləsinin 346.9, yəni nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat məbləğində, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 150 manat məbləğində cərimə edilə bilər.
Səfər
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















