Bakı-Astara istiqamətində qatar reysləri nə vaxt açılacaq? - ADY-dən AÇIQLAMA

Cənub istiqamətində qatar reysləri uzun müddətdir fəaliyyət göstərmir. Hələ bu ilin fevral ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirmişdi ki, Bakı-Astara istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün uyğun deyil. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır.
Bəs qeyd olunan istiqamətdə sərnişin qatarı nə vaxt istifadəyə veriləcək?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Redaktor.az-a bildirildi ki, cənub istiqamətində sərnişindaşımanın təhlükəsiz təşkili üçün ilk növbədə dəmir yolu infrastrukturunun yenidən qurulması: yol, elektrik təsərrüfatlarının müasirləşdirilməsi, kontakt şəbəkəsi, rabitə və işarəvermə qurğularının yenilənməsi həyata keçirilməli, platformalar əsaslı təmir olunmalıdır.
"Bu istiqamətdə Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin mərhələli şəkildə əsaslı təmiri planlaşdırılır. İlkin mərhələdə uzunluğu 60 kilometr olan Ələt-Osmanlı dəmir yolu xətti əsaslı təmir olunacaq, süni mühəndis qurğuları (körpülər, keçidlər və s.) yenilənəcək", - açıqlamada deyilir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










