Bakı Kənar Dairəvi yolunda doğru uçqun təhlükəsi aradan qaldırılır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Fövqaladə Hallar Nazirliyinin xüsusi texnika və canlı qüvvəsi Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı km-liyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görür.
Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində qaya parçalarının yola doğru uçqun təhlükəsi yaranıb.
"Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal sözügedən əraziyə xüsusi texnika və canlı qüvvəsi səfərbər olunaraq Fövqaladə Hallar və Daxili İşlər nazilrikləri ilə birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər. Bir daha sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur", - deyə agentlik bəyan edib.
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI












