Bakı metropolitenində avqustda nə qədər sərnişin daşınıb?

Bakı metropoliteni avqust ayında gün ərzində orta hesabla 377 minə yaxın sərnişin daşınıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, avqust ayının statistikasına uyğun olaraq gün ərzində orta hesabla 267 mindən artıq vətəndaşa xidmət göstərilib:
“Nazirlər Kabinetinin qərarı ilə metropoliten şənbə və bazar günləri sərnişindaşıma fəaliyyəti ilə məşğul olmayıb. Bu səbəbdən ay ərzində 22 günün faktiki statistikasına əsasən, daşınan orta gündəlik sərnişindaşıma 377 minə yaxın olub. Ümumən yay dövründə metropolitenin sərnişinləri əsaslı şəkildə azalır. Lakin pandemiya şəraiti və xüsusi karantin rejiminin müddətinin uzadılması da bu azalmada da əsaslı şəkildə əksini tapıb. Bu isə sərnişindaşımada pandemiya dövrünün əsas tələbləri və metodiki göstərişlərə uyğun təmin edilməsinə şəraitin daha da yaxşı olması deməkdir”.
B.Məmmədov onu da əlavə edib ki, cari ildə metropoliten sərnişindaşıma fəaliyyətini bərpa etdiyi 31 may tarixindən avqust ayının sonuna qədər metrodan faktiki olaraq orta hesabla gündəlik 399 minə yaxın sərnişin istifadə edib:
“Əgər yay fəslinin bütün günlərini nəzərə alsaq, orta hesabla gündəlik sərnişindaşıma 309 minə yaxın olub. Müqayisə üçün deyək ki, metropolitenin pandemiyadan əvvəl son dəfə normal sərnişindaşıma prosesini yerinə yetirdiyi 2019-cu ilin eyni dövrü - iyun-avqust ayları ilə müqayisə etsək, həmin vaxt orta hesabla 563 minə yaxın sərnişin daşınıb”.
“Tədris prosesinin başlanması, fəal istirahət dövrünün başa çatması ilə metropolitendən istifadə edən sərnişinlərin sayı artacaq. Lakin müqayisəli təhlillər də göstərir ki, artımın səviyyəsini proqnozlaşdırmaq asan deyil. Buna görə də metropoliten hərəkət axını və istiqamətləri, sərnişin sıxlığı ilə bağlı monitorinqləri müntəzəm aparır. İstənilən halda, sentyabrın 20-dən texniki cəhətdən bütün imkanlar səfərbər ediləcək”,- deyə B.Məmmədov əlavə edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












