Bakı metrosunda nasazlıq – FOTO

Bu gün “Bakı Metropoliteni”ndə nasazlıq baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə hadisə şahidləri oxu.az-a bildiriblər ki, qatarın qapısında problem olub, belə ki, o açıq qalıb.
Verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-nin əməkdaşı qatar hərəkətdə ola-ola onu təmir etməyə çalışıb. Hadisə şahidləri bunu lentə alıblar. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, qatarın qapısında nasazlıq olub, amma qapı açıq ola-ola qatar hərəkət etməyib: “7 saylı marşrutun qapısında nasazlıq olub. Təlimatçı da baxış keçirib və problem həll olunub. Əgər şəklin üst tərəfinə fikir versəniz görərsiz ki, orda lyuk var, onu açıb və düzəldib. Amma yenə deyirəm, qapı açıq vəziyyətdə qatarın hərəkət etməsi qeyri-mümkündür”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












