Bakı metrosunda ölüm – FOTO

Bu gün axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında sərnişinlərdən biri özünü qəflətən pis hiss edib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, 45-50 yaşlarında olan sərnişin eskalatorun qarşısında yerə yıxılıb. Hadisə yerinə təcili yardım heyəti çağırılsa da, sərnişini xilas etmək mümkün olmayıb. O, vəfat edib.
Faktı Trend-ə təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib. Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın "İçərişəhər" stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib: "Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib".
Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













