Bakı metrosunda QR biletlə ödəniş etmiş sərnişinlərin sayı iyulda rekord həddə olub

Bu ilin I yarısında Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyulda bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Əgər iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4,2%-i idisə, artıq iyulda bu rəqəm 7,7 %-ə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69,2 % təşkil edib.
Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).
Stansiyalar üzrə statistik məlumatlarda ilk dəfə aylıq göstərici 100 min həddini aşıb (əvvəlki göstərici iyun ayında qeydə alınaraq, 70 min 36 sərnişin təşkil edib). Aylar üzrə liderliyini qoruyan “28 May” stansiyasına 109 min 180 sərnişin QR biletlə daxil olub. Digər stansiyalar arasında “Koroğlu” özündən əvvəldə olan iki stansiyanı keçərək, ikinci pillədə qərarlaşıb – 99 min 638. “Gənclik” (93 min 83), “Nərimanov” (90 min 479) və “20 Yanvar” (89 min 105) QR bilet üzrə metropolitenin ilk beşliyində olan stansiyalardır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










