Bakı metrosunda yaranan problemin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı metrosunun işində yaranan problemdən dolayı hazırda qatarların intervalında gecikmə müşahidə olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib.
Sərnişinlər bildirirlər ki, hazırda qatarların hərəkətinin bərpa olunmasına baxmayaraq metronun İnşaatçılar stansiyasında 7-8 dəqiqəlik yubanma var.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında metronun İnşaatçılar stansiyasında qeydə alınan yubanmaya aydınlıq gətirib:
"Nizami-İnşaatçılar" sahəsində qatar bir stansiyanı tərk etməsə, digərindən qatar hərəkətə başlamır. Bu, təhlükəsizlik məsələsidir. Məsələn, "Elmlər Akademiyası"nda qatar stansiyanı tərk etməsə, "Nizami"dəki stansiyada gözləyir. Metronun belə mürəkkəb sahələrində sıxlıqda qapıların vaxtında bağlanmaması halları artır. Yəni bir qatarın xətdən çıxması ilə yaranmış sıxlığın bir az da artmasının neqativ təsirlərində belə nümunələr də əlavə rol oynayır. Belə halda "Dərnəgül" elektrik deposu olsaydı, əlavə qatarın oradan çıxması problemin dərinləşməməsinə təsir göstərərdi. Deponun inşasının başa çatması da xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Köklü problem iki xəttin bir depodan asılı olmasıdır".
O, həmçinin yaranan problemlərdən dolayı baş verən gecikmənin səbəbini də izah edib:
"Gecikmənin baş verməsinin iki əsas səbəbi var. İnterval pozulanda, depodan çıxan qatar "Nərimanov"dan "Dərnəgül"ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda, sahədə interval normal olur. Bu səbəbdən arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır. Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, bir və ya iki dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir. İkinci səbəb artıq bir qatar xətdən çıxdısa, sıxlıq artır və ənənəvi stansiyalarda 20-30 saniyə əlavə dayanırsa, digərlərində də üzərinə, 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma baş verir. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz".
B. Məmmədov bildirib ki, yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra demək mümkündür.
***
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.
Avtosfer.az xəbər verir ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb.Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











