Bakı metrosunda yenə problem yarandı

Bu gün "Bakı Metropoliteni" qatarlarının hərəkətində yenidən problem yaranıb. Buna görə də qatarların qrafikində dəyişiklik olub və lövhə "Dərnəgül" stansiyası istiqamətini göstərsə də qatarlardan bəziləri istiqamətini dəyişərək "İçərişəhər" stansiyasına gedib. Nəticədə də səhər saatlarında işə, dərsə tələsən sərnişinlər üçün bir sıra çətinliklər yaranıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev anspress-ə bildirdi ki, bu gün səhər 07: 40 radələrində qatarın birində texniki nasazlıq yaranıb və buna görə də ümumi 10 dəqiqə gecikmə olub: "Qrafik pozulduğu üçün də bəzən istiqamət dəyişmə əməliyyatları aparıla bilir. Ancaq bu barədə sərnişinlərə maşinist xəbərdarlıq etməlidir. Düzdür, lövhədə "Dərnəgül" yazısı görüb qatara minən sərnişin bütün stansiyalarda xəbərdarlıqları dinləməyə bilər. Ancaq bu mövzuda vətəndaşlar da diqqətli olmalıdır. Hazırda isə bütün problemlər həll olunub və qatarlar öz qrafiki üzrə hərəkət edir", -deyə N. Paşayev bildirdi.
Bu son bir necə gündə Bakı metropolitenində baş verən 3-cü nasazlıqdır. Belə ki, dekabr ayının 2-də "Bakı Metropoliteni" QSC-nin Elmlər Akademiyası stansiyasında işıqlar qəfildən söndüyü üçün problem yaranmışdı. Hadisəyə səbəb metropolitenin "28 May" stansiyası ilə "Sahil" stansiyası arasında elektrik kabellərindən birində yaranan nasazlıq olub. İki stansiya arasında yerləşən kabellərdən birində tüstülənmə olub. Hadisədən təxminən bir saat sonra Bakı metrosunda növbəti dəfə problem yaşanıb. "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Gənclik" stansiyasına çatmamış 10 dəqiqəyə yaxın tuneldə qalıb. Çətinliklə hərəkətə gətirilən qatardakı sərnişinlər "Gənclik" stansiyasında təxliyyə edilib. Nəticədə stansiyada basabas yaranıb. Sərnişinlərdən bəzilərinin halı pisləşib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












