Bakı-Qazax magistralında dəhşətli qəza: ölənlər var

Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Tol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb. Qazax rayon Çaylı kənd sakini, polis nəfəri Şəmistan Bənnayev idarə etdiyi "VAZ 21012" markalı avtomobillə kəndə dönərkən, Ağstafa rayon sakini Zeynal Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin dediyinə görə, qəza o qədər şiddətli olub ki, avtomobillər magistraldan bir neçə metr kənara düşüblər. Məlumata görə, qəza zamanı “VAZ 21012”-nin süuuml;rücüsü, polis nəfəri Şəmistan Bənnayev və “Mercedes”də olan sərnişin Akif Həsənov dünyasını dəyişib. “VAZ 21012”-də olan daha bir polis nəfəri Elcan Rzayev və “Mercedes”in sürücüsü Zeynal Həsənov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












