Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək - SABAHDAN

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək. Avtosfer.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, müvəqqəti dəyişiklik təmir işləri başa çatana qədər qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO













