Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşacaq?

Bakı-Sumqayıt qatarlarında gediş haqqı qiymətinin azaldılması ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə vətəndaşlardan müraciətlər daxil olur. Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. N.Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt qatarı yeni fəaliyyətə başlayıb: "Qatarlarda gediş haqlarının qiymətləri də yeni tətbiq olunub. Bu baxımdan da qiymətləri yenidən dəyişmək tezdir. Bakı-Sumqayıt qatarlarında gediş haqları məsələsinə Tarif Şurası baxır. Tarifləri biz müəyyən etmirik. Amma müraciətlər çox olduğundan ola bilsin ki, gələcəkdə qiymət məsələsinə yenidən baxılsın. Amma hələlik bu məsələ gündəmdə deyil”.
Qeyd edək ki, hazırda Bakıdan Sumqayıta hərəkət edən qatarlarda gediş haqqı 80 qəpikdir. Tarif (qiymət) Şurası bu qiyməti sentyabrın 14-də təsdiq edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












