Bakı-Sumqayıt qatarının hərəkəti dayandı

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, nasazlıq "Stadler" markalı 6008 nömrəli qatarda baş verib. Belə ki, Sumqayıtdan-Bakıya ggedən 8:45 qatarı Biləcəri stansiyasında dayanmalı olub. Biləcəri stansiyasına çatarkən cərəyan qəbuledicisində nasazlıq yarandığından qatarın hərəkəti dayandırılıb. Qatara əlavə lokomativ qoşularaq hərəkət etdirilib. Qatar Bakıya gecikmə ilə 9:20-də çatıb.
Bunu trend-ə təsdiqləyən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb. Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib: “Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












