Bakı-Sumqayıt yolu ilə bağlı yaranmış təşvişə RƏSMİ CAVAB

Hazırda Bakı-Sumqayıt yolu üçün ciddi təhlükə yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə açıqlamasında "Azəryolservis" ASC-nin adının çəkilməsini istəməyən yüksək vəzifəli məmuru deyib. Bildirilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmədən sonra əraziyə bitişik Bakı-Sumqayıt yolunda qabaqlayıcı tədbirlər görülür: "Sürüşmənin yola keçməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Yolda yaranmış çatlar doldurulur ki, yağış suları dolub sürüşməni sürətləndirməsin. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin araşdırması davam edir və biz FHN-in bununla bağlı müvafiq rəyini gözləyirik. Rəydən asılı olaraq, lazım gələrsə, onun icrası ilə bağlı digər qurumlarla birlikdə müvafiq işlər görüləcək. Bəziləri bu hadisədən sensasiya yaratmağa, əhali arasında təşviş yaratmağa çalışırlar. Qeyd edirik ki, hazırda Bakı-Sumqayıt yolunda təşvişə səbəb ola biləcək ciddi təhlükə yoxdur".
Qeyd edək ki, "qafqazinfo"nun bu gün yaydığı məlumata görə, Bakı Beynəlxalq Avtovağzalındakı sürüşmə genişlənib. Saytın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. Bundan öncə Avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan budəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb.
Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib. Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır: "Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib".
Ərazidə aktivləşmənin yağış və suvarılma sularının təsirindən baş verdiyini deyən geoloq qeyd edib ki, hazırda ərazidə istinad divarınn irəliləməsinin qarşısının alınması üçün bərkidilmə işləri aparılır. Onun sözlərinə görə, həmin ərazi yeni tikilən metro stansiyası, Bakı-Sumqayıt yolu üçün problem yaratmır və gələcəkdə də problemin yaranacağı gözlənilmir.
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










