Bakı-Sumqayıt yolunda bitməyən tıxaclar: problem necə həll edilə bilər? - Açıqlama

İllərdir tıxacıyla dillər əzbəri olan Bakı-Sumqayıt yolunda vəziyyət getdikcə daha da qəlizləşir. Bu il yay tətilində universitet və məktəblərin bağlı olmasına baxmayaraq, bu yolda sıxlıq azalmadı. İnsanlar isə narahatdır. Xırdalanda yaşayan sakinlərdən biri deyir ki, o, "20 yanvar" metrosundan Xırdalana nə az, nə çox düz bir saata gedib çıxır.
Bəs, sözügedən yolda tıxacları aradan qaldırmaq üçün hansı alternativ tədbirlər görülə bilər?
Avtosfer.az “BakuPost”a istinadən xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Xırdalana metro xəttinin tikintisinin hələlik planda olmadığını bildirib.

Onun sözlərinə görə, gələcəkdə zərurət yaranarsa, hökumət maliyyə ayıra və metro tikilə bilər:
“Amma müxtəlif istiqamətlərə yalnız bir yerdən gedən sürücülər ciddi problemlə üzləşirlər. Problem də ondan ibarətdir ki, başqa alternativ yol yoxdur. Hamı eyni yoldan istifadə etməli olur. Bakı kəndləri, qəsəbələr, Binəqədinin bir çox əraziləri var ki, onların ciddi yol problemi var”.
Ekspert bu problemləri aradan qaldırmaq üçün ölkə başçısının göstərişi ilə yeni yol xəritəsinin hazırlandığını bildirib:
“Bu yolun tikintisinə də artıq başlanılıb. Ola bilsin ki, bir neçə ilə yolun tikintisi başa çatacaq. Amma dövlətin alternativ yollar çəkilərək, problemin aradan qaldırılmasıyla bağlı da tapşırıqları var. Kənar dairəvi yolların birləşdirilməsi, Böyük Şor üzərindən yeni yolun çəkilməsi nəzərdə tutulur. Hətta Keşlə bazarı sökülmək üzrədir. Ordan da yeni yol keçəcək. Yəni bir çox alternativ yolların çəkilişinə başlanılıb”.
E.Muradlı Binəqədi şossesində hər gün tıxacların olduğunu bildirib:
“O ərazilərdə əsasən, qanunsuz tikililər var. İcra Hakimiyyətlərinə, bələdiyyələrə rüşvət verərək tikilən evlər yollarda sıxlıq yaradıb. Maklerlər puldan ötrü hər yola əl atıblar. Heç kim də gəlib deməyib ki, belə olmaz, bu qədər acgöz olma. Təsəvvür edin ki, evin qapısı birbaşa yola açılır və az qalır ki, adamı maşın vursun. O istiqamətdə də sıxlığın azadlıması üçün tədbirlərə ehtiyac var".
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB









