Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR

"Xırdalanı birbaşa Şamaxı istiqaməti ilə birləşdirəcək tunel layihəsinə xüsusi diqqət ayrıldı və bu təşəbbüsə müsbət münasibət bildirildi. Ötən gün keçirilən tədbirdə nəqliyyatın müxtəlif seqmentlərini əhatə edən bir sıra layihələr təqdim olundu. Qeyd etmək lazımdır ki, söhbət yalnız bir konkret layihədən deyil, avtomobil yolları, dəmir yolu, metro və tramvay xətlərinin vahid konsepsiya əsasında icrasından gedir". Avtosfer.az xəbər verir ki, bu sözləri "Baku.ws"ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Onun sözlərinə görə, bu yanaşmanın əsas məqsədi yekunda şəhərdaxili və şəhərlərarası nəqliyyat sıxlığının azaldılmasıdır:
"Məlum olduğu kimi, Bakıdan iki əsas magistral istiqamət mövcuddur: Bakı–Quba–Rusiya sərhədi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu. Xırdalan şəhəri bu iki əsas magistral arasında yerləşir və indiyədək onları birləşdirən yol infrastrukturu məhdud olub. Mövcud M4 magistralı və qismən dəmir yolu bu əlaqəni təmin etsə də, bu imkanlar artıq artan yükü tam qarşılamırdı.
Yeni layihələr çərçivəsində dəmir yolunun altından bir neçə istiqamətdə tunel tipli yol ötürücülərinin tikilməsi nəzərdə tutulur. Bunlardan biri Bakı Dairəvi Yolunun altından keçən və hazırda icra mərhələsində olan layihədir. Bundan əlavə, daha iki yeni əlaqələndirici tunel inşa ediləcək. Bu, mövcud yol şəbəkəsindəki nəqliyyat yükünün bölüşdürülməsinə, alternativ marşrutların formalaşmasına və əlaqələrin daha səmərəli qurulmasına xidmət edəcək.
Bakının coğrafi yerləşməsi yarımada üzərində olduğundan klassik dairəvi yol sistemi mövcud deyil. Məhz bu səbəbdən yarımdairəvi yolların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu yollar sürücülərə şəhər mərkəzinə daxil olmadan sürətli şəkildə müxtəlif istiqamətlərə - şimala, cənuba və qərbə çıxmaq imkanı verəcək. Layihəyə əsasən, üç yarımdairəvi yolun inşası planlaşdırılır".
Ekspert əlavə edib ki, bununla yanaşı, şəhərə daxil olan radial yolların sayı artırılacaq:
"Hazırda Sumqayıt istiqamətindən Bakıya əsasən bir radial yol mövcuddur. Yeni radial yolun tikintisi, eləcə də şəhər daxilində həyata keçirilən layihələr, o cümlədən Həsən Əliyev prospektinin uzadılması, "Ağ Şəhər" və Ağa Nemətulla küçəsinin əlaqələndirilməsi nəqliyyat axınlarının alternativ marşrutlara yönləndirilməsinə imkan yaradacaq.
Bu addım şəhərətrafı və şəhərdaxili hərəkətin daha rahat təşkilinə, avtomobil asılılığının azalmasına və ictimai nəqliyyatın payının artırılmasına ciddi töhfə verəcək. Ümumilikdə təqdim olunan layihələr vahid sistem kimi icra olunmaqla paytaxt və ətraf ərazilərdə nəqliyyatın daha axıcı, təhlükəsiz və dayanıqlı şəkildə təşkili məqsədinə xidmət edir".
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI











