Bakı-Sumqayıt yolundakı tıxacın bitəcəyi tarix: AY YARIM - FOTO

Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında səhər saatlarında yaranan tıxaclar 2015-cı ilin sonuna qədər davam edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. N.Paşayev sözügedən ərazidə yolun mərkəzi hissəsində qazma işlərinin başlanıldığını bildirib: "Bu səbəbdən yolda avtomobillərin sıxlığı müşahidə olunur. Bakı-Sumqayıt yolunda metronun "Avtovağzal" stansiyasından çıxıb Biləcəri istiqamətinə gedən və əks istiqamətdə gələnlər üçün yeraltı piyada keçidinin tikintisi aparılır. Ərazidə ağır texnikalar işləyir. Bu səbəbdən yolda avtomobillərin hərəkətinə məhdudiyyətlər olur. Sürücülər bir az səbrli olsunlar. Çünki işlərin yekunlaşmasına ay yarım vaxt qalır".
Qeyd edək ki, səhər saatlarında mütəmadi olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda böyük tıxac əmələ gəlir. Avtomobillərin sıxlığı Bakı-Sumqayıt yolunda "Bakı" futbol klubunun bazasının qarşısından "Şamaxinka" deyilən əraziyə qədər müşahidə olunur.


Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












