Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər

Bir neçə gündür ki, Bakı-Sumqayıt yolunda baş verən çatlar ölkə mediasının əsas müzakirəsinə çevrilib. “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. Məlum olub ki, hazırda durum daha da təhlükəlidir. Çünki ötən bir neçə gün ərzində sürüşmə intensivləşib və yolun ortasında böyük bir yarıq əmələ gəlib. Öncə 2-3 sm məsafədə olan sürüşmə hazırda 10 sm-ə yaxındır. Artıq çatlar yolun 3-cü hərəkət hissəsinə keçib.

"Qafqazinfo" hadisə ilə bağlı Binəqədi icra başçısı Xaləddin İsgəndərovun mövqeyini işıqlandırmaq istəsə də, başçı sualımızı eşidən kimi yasda olduğunu, daha ətraflı məlumat üçün mütəxəssislərə müraciət etməyi məsləhət görüb.

Avtovağzal kompleksinin baş mühəndisi İlham İbişov modern.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır: “Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin, yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma, yamacların dibi hələ də sudur.
Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarıb. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir.

Mühəndis deyib ki, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi rayon İcra Hakimiyyətinə etiraz məktubu da göndərilib. Ərazi Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin, Icra Hakimiyyəti nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir. Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”.
Qeyd edək ki, üzərində güllərlə “Binəqədi”, “Binəqədi rayonu” sözləri yazılan təpəciklər Binəqədi Rayon İcra Hakimiyyətinə məxsusdur və mütəmadi olaraq icranın işçiləri tərəfindən suvarılır. Sumqayıt yolu həmin yamaclardan bir neçəsi var. Təxminən 2 il əvvəl “Bakı” İdman Klubunun yaxınlığında salınan 3 təpəcikdən ikisi “Azəryolservis” tərəfindən sökülüb. Çünki yolun artasına qədər uzanan həmin təpəcəiklər həm də yolda tıxacın yaranmasının əsəs səbəblərindən biri idi. Ərazidə qalan 1 yamacda isə söküntü işlərinin təmxinən 70 faizi görülüb, yaxın vaxtlarda o təpəcik da tamamilə yolun ortasından silinəcək.

Hazırda yolun Xırdalan dairəsi ilə Masazır dairəsi arasındakı hissəsində üzərinə gül-çiçək “Binəqədi” yazılan daha bir yamac qalıb. Onun ətrafında isə kiçik təmirsiz təpəciklər var. Həmin yamaclar da daimi olaraq suvarılır. Görünən odur ki, sürüşmə ərazisi Avtovağzal Kompleksi ilə məhdudlaşmaya bilər. Hazırda Beynəlxalq Avtovağzalın yaxınlığındakı sürüşmə ərazisində araşdırmalar aparılır. Bu işdə kimin məsuliyyət daşıması isə rəsmi sənədlərdə öz əksini tapacaq.
Murad Əhməd
Fotolar: Nuran Məmmədov







Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










