Bakı-Sumqayıt yolunun genişləndərilməsində ciddi əngəl yarandı - FOTOLAR

Ötən həftə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov avtosfer.az sayıtının suallarını cavablandırarkən bir neçə gündür genişləndirilən Bakı-Sumqayıt yolundan da danışıb. O bildirib ki, onlar ağac kəsiminin əleyhinə olsalar da, yolun genişləndirilməsi ağacların kəsmədən mümkün deyildi. ASC sədri Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin tezliklə başa çatacağını da deyib. O, həmçinin yolun genişləndirilməsi zamanı ortaya çıxan maneədən də danışıb.
Yeri gəlmişkən, Bakı-Sumqayıt yolu genişləndirilərkən Avtovağzal Kompleksinə çatdıqda burada genişləndirmə işi aparmaq müikün olmayacaq. Çünki orada həm körpü var, həm də bu nöqtədə yolun genişləndirilməsi mümkün deyil. Əsas səbəb də yol genişləndiriləcəyi təqdirdə Avtovağlanın bir hissəsinin sökülməsinin vacibliyi məsələsidir. İndiki şəraitdə isə bu, mümkün deyil. Bu məsələyə də münasibət bildirən Cavid Qurbanov həqiqətən də yolun genişləndirilməsinin Avtovağzal Kompleksi yaxınlığında dayandırılacağını bildirib: «Hara kimi imkan varsa, ora kimi genişləndirəcəyik. Başqa yol yoxdur. Çünki həmin yolda gün ərzində 240 min avtomobil hərəkət edir və biz yolda sıxlıq olmasın deyə bu yolu genişləndirdik».
Maraqlıdır, görəsən Cavid Qurbanovun rəhbərlik etdiyi «Azəryolservis» ASC yolun genişləndirilməsi planını əvvəldən axıradək götür-qoy edibmi, yoxsa elə «gedək orada yolu genişləndirək» prinispi ilə işlə başlayıblar və indi məlum olur ki, yolu ancaq Avtovağzal Kompleksinə kimi genişləndirmək mümkündür? Məsələ burasındadır ki, Sumqayıtdan Bakıya gələn yolun Sulutəpədən çıxan yolla birləşən hissəsindən başlayan genişləndirmə işi Avtovağzala kimi davam edəcəksə, o zaman burada hansısa tıxacın qarşısının alınmasından danışmağa dəyməz. Çünki yol təxminən 1,5 kilometr genişlənir ki, Avtovağzala çatan kimi yenidən daralır, yəni, genişlənən yol zolağı ilə hərəkət edən nəqliyyat vasitəsi burada əvvəlki yola qayıtmalıdır. Belə də, yenə də həmin sıxlıq, həmin problem özünü daha biabırçı formada göstərmiş olacaq. Bizə isə həmin yolun kənarında kəsilən ağaclara heyfsilənmək qalır.
Yeri gəlmişkən, Cavid Qurbanov deyir ki, həmin ağacların pulunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödəyiblər. Deyəsən, bu məsələdə hər şeyi pulla yox, ağılla ölçmək lazım idi. Görünür, Bakı-Sumqayıt yolunun genişləndirilməsini də pulla ölçüblər və bu pul Avtovağzalda tükənir…
Elməddin Muradlı
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO






















