Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin qatarı yola düşdü - FOTOLAR

Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstəriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.
Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.
Bakı–Tbilisi–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.
"BYD" bu səbəbdən elektromobil sifarişlərini qəbul etmir
Sumqayıtda 7 nömrəli avtobus sürücüləri özbaşınalıq edir, tədbir görən yoxdur - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Xırdalandakı nəhəng çuxur sürücülər üçün təhlükə olaraq qalır - VİDEO
Tbilisiyə səfər edəcək sərnişinlərin nəzərinə!
Yapon avtomobil nəhəngi bu məhsulların istehsalını dayandırdı – RƏSMİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Bakıya leysan XƏBƏRDARLIĞI - Şimşək çaxacaq, hava soyuyacaq
Bu gün 57 minədək abituriyent imtahan verəcək
Uçuş təhlükəsizliyi AZAL-ın bütün qərarlarının mərkəzində dayanır - Samir Rzayev - MÜSAHİBƏ
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!















